IQNA

Belçika İslam yardım komitəsi ramazan boyu həmdərdliyə dəvət edib

12:19 - July 18, 2010
Xəbər sayı: 1957690
Beynəlxalq sektor: Belçika İslam yardım komitəsi (Islamic Relief) ümumi bildiriş yayaraq bütün ölkə müsəlmanlarını mübarək ramazan ayında bir-birlərinə əl tutmağa çağırıb.
İQNA İran Quran informasiya agentliyi İslamic-events agentliyinə istinadən bildirir ki, adı çəkilən komitə ramazan ayında ehtiyaclılara yardım məqsidi ilə xüsusi mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edib. Komitə bu müqəddəs işə qatılmaq istəyənləri Brüsseldəki qərargahına dəvət edib. Komitə öz bildirişində qeyd edib ki, bu tədbirə qatılmaq könüllü əsaslarla baş tutacaq və fəallara maaş verilməyəcək.

616331
captcha