IQNA

Amerikada milyon nüsxə Quran tərcüməsi yayılacaq

13:22 - July 19, 2010
Xəbər sayı: 1958469
Beynəlxalq sektor: Amerika İslami rabitələr şurasının milyon nüsxə Quran tərcüməsi çap etmək qərarı ABŞ-da əhalinin İslam təlimlərinə olan marağı ilə izah edilir.
İQNA İran Quran İnformasiya Agentliyi xəbər verir ki, şuranın icraçı müdiri Nihad Əvəz bildirib ki, əvvəlcə 100 min Quran tərcüməsi çap edilib elmi dairələrdə yayılacaq. İcraçı müdir qeyd edib ki, 4 milyon müsəlmanın yaşadığı Amerikada xalq ümumi şəkildə İslamla tanış olsa da, daha ətraflı və dərin informasiyalara ehtiyac duyulur. Məhz bu ehtiyacı ödəmək üçün milyon nüsxə Quran tərcaməsi amerikalı oxucuların ixtiyarına veriləcək.

617190
captcha