İQNA İran Quran İnformasiya Agentliyi “Muhit” mənbəsinə istinadən xəbər verir ki, peyk anteni ilə yayımlanacaq bu şəbəkə Cənubi və Şimali Amerika, İspaniya, Afrikanı əhatə edəcək. Şəbəkə Ərəbistanın Rusalətul-İslam təbliğat müəssisəsi tərəfindən təsis edilib. Müəssisəsnin nəzarətçisi Əbdüləziz əl-Fuzan bu barədə deyib: “İspandillilərin İslamla tanışlığı çox zəifdir. İspaniyada xeyli müsəlman yaşasa da onların İslam haqqında məlumatları çox azdır. Teleşəbəkə bu ehtiyacı ödəməyə çalışacaq.”
618783