IQNA

Misirdə şiələrə qarşı məhdudiyyətlərin səbəbləri

12:57 - July 24, 2010
Xəbər sayı: 1961184
Beynəlxalq sektor: Son günlərdə Misirdə təhlükəsizlik orqanlarının şiələrə qarşı zorakı hərəkətləri, şiə şəxsiyyətlərin İraq və İrana səfərlərinin qarşısısnın alınması şiə və sünnilər arasında təfriqə yaratmaq məqsədi güdür.
İQNA İran Quran İnformasiya Agentliyi misirli şiə rəhbərlərindən olan Əhməd Hilalla telefon əlaqəsi saxlayıb. Əhməd Hilal bildirib ki, bu məhdudiyyətlərin arxasında məzhəblərarası ixtilafları qızışdırmaq məqsədi dayanır. Misirdə şiələrin əksəri ölkənin nüfuzlu və ziyalı şəxsləridir. Onların fəaliyyətləri ancaq qanun çərçivəsində təbliğatdan ibarətdir.

619281
captcha