IQNA

Təfsiri-nümunə alban dilinə tərcümə edilir

12:36 - August 03, 2010
Xəbər sayı: 1966400
Beynəlxalq sektor: Cameətul-Mustafa beynəlxalq universitetinin Albaniyadakı nümayəndəsi bildirib ki, Ayətullah Məkarim Şirazinin rəhbərliyi ilə ərsəyə gəlmiş Təfsiri-nümunə Tiranada alban dilinə tərcümə ediləcək.
İQNA İran Quran İnformasiya Agentliyi Beynəlxalq Universitetin nümayəndəsi Hacı Xızırla söhbətləşib. O deyib: “Ötən il Təfsiri-nümunənin birinci cildi alban dilinə tərcümə edilib. Hazırda Albaniyada əksər Quran fəaliyyətləri Cameətul-Mustafa beynəlxalq universiteti tərəfindən həyata keçirilir. Qurani-Kərim müəssisəsi 2000-ci ildə Balkanlarda Quran maarifinin yayılması məqsədilə təsis edilib. İndi Albaniyanın 10 məntəqəsində 25 Quran ustadı çalışır.”

625372
captcha