IQNA

Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq

12:04 - August 08, 2010
Xəbər sayı: 1969041
Beynəlxalq sektor: Hollandiya parlamentinin ifratçı nümayəndəsi Gert Vilders 11 sentyabrda ABŞ-da keçiriləcək antiislam tədbirinə qatılmaq fikrindədir.
İQNA İran Quran İnformasiya Agentliyi Dunyabulteni mənbəsinə istinadən xəbər verir ki, İslama qarşı Fitnə filmini çəkmiş Gert Vilders ABŞ-da SİOA ifratçı qrupunun keçirəcəyi antiislam nümayişdə çıxış etməyi planlaşdırır. Tədbir Nyu-Yorkda keçiriləcək. Nyu-York bələdiyyəsinin Manhettendə məscid tikintisinə icazə verməsi islamofobları özündən çıxarıb.

628113
captcha