IQNA

Almaniyada “Ramazan gecələri” proqramı

13:08 - August 14, 2010
Xəbər sayı: 1972892
Beynəlxaql sektor: Ötən gündən başlayaraq Almaniya paytaxtı Berlində “Ramazan gecələri” adlı dini proqram həyata keçirilir.
İQNA İran Quran İnformasiya Agentliyi Türkiyənin Zaman qəzetinə istinadən xəbər verir ki, Almaniyada ramazan ayı münasibəti ilə xüsusi proqram həyata keçirilir. Bu proqramda rəssamlıq, xəttatlıq, əl işləri sərgisi fəaliyyətə başlayıb. Berlində yaşayan müsəlmanlar layihə çərçivəsində dini musiqi nömrələri icra edir. Proqram sentyabr ayının 12-dək davam edəcək. Ramazan ayında Berlinin İslam sənət muzeyi də xüsusi sərgi keçirir.

632538
captcha