İQNA Quran Xəbər Agentliyinin İranın Ali Rəhbəri ofisinin mətbut mərkəzinə istinadən verdiyi məlumata görə, ixtisaslaşdırılmış kitabxana hacıların gündəlik təlabatlarını və məlumat ehtiyaclarını ödəmək üçün təsis olunub. Kitrabxanada həccin sirləri və marifləndirilməsi, həccin ictimai məsələləri, hökümləri, həcc yerləri, islami əsərlər , xatirələr, səfərnamələr, şübhələrə cavab və həcc mərasimi ilə bağlı digər məsələlərlə bağlı ixtisaslaşdırılmış məqalə və kitablar yer alıb.
Həcc karvanlarının başçıları bu dicital kitabxanadan Allah evinin zairləri üçün səkkiz dərs vəsaiti əldə edə bilərlər. dərsliklərdə Həcc ibadəti, Həcc ziyarətinin qayda-qanunları və sirləri, İslam tarixi ilə tanışlıq, İslami ölkələrlə tanışlıq və digər məsələlər dicital formada və fəsillərə bölünərək təqdim olunur.
Bu kitabxana www.hajj.ir saytında yerləşir və ondan hər kəs istifadə edə bilər.
649507