IQNA

Fransalı bir şəxsin Qurana hörmətsizliyi

13:35 - October 06, 2010
Xəbər sayı: 2007776
Beynəlxalq şöbə: Qərb ölkələrində söz və fikir azadlığı adıyla Qurani-Kərimə hörmətsizlik davam edir. İndi də fransalı bir şəxs Quranın cırılması kadrlarını internet səhifələrində yayımlayıb.
İQNA Quran xəbər agentliyinin AFP Fransa rəsmi agentliyinə istinadən məlumat verir ki, ABŞ-da islama zidd hərəkətlər dünya ictimaiyyəti tərəfindən pisləndiyi bir vaxtda, İstrazburq sakini olanu bir fransalı Qurani-Kərimin səhifələrinin cırılmasından bir saatlıq video yazını web tv saytında yerləşdirib.
Bu hörmətsizliyi edən şəxs Strazburq polisinə çağrılıb və ondan gördüyü iş haqqında izahat alınıb.
Strazburq məscidinin nümayəndəsi Əbdüləziz Şəkəri Qurana hörmətsizlik edən şəxsdən məhkəməyə şikayət edib. “Əgər bu cür hərəkətlərin qarşısında sükut etsək bu kimi şəxslərə müxtəlif dinləri təhqir etməyə şərait yaradarıq”, -deyə Şəkəri deyib.
Fransalı şəxs Qurana hörmətsizlik etməsini fikir və söz azadlığı çərçivəsində gördüyünü bildirib. Bundan öncə də Avstraliyalı vəkil Aleks İstuvard 12 dəqiqəlik filmdə müsəlmanların və məsihilərin müqəddəs kitablarını yandırmışdı. Bu vəkil öz video yazısının adını “hansı daha yaxşı yanır Quran yoxsa İncil” qoyub. Öz video materialını YouTobe saytında yerləşdirib. Hazırda video saytdan çıxarılıb.
668615
captcha