IQNA

“Xorvatiyada İslam və müsəlmanlar” adlı kitab çap olunub

13:51 - October 06, 2010
Xəbər sayı: 2007804
Elm və təfəkkür şöbəsi: “Xorvatiyada islam və müsəlmanlar” adlı kitab sentyabrda çap olunub. Kitabın müəlifi Xorvatiya böyük müftisi Şəfku Ömər Başıcdır. Kitab Krovasiya məşixiyət icmsı tərəfindən çap olunub.
İQNA Quran xəbər agentliyinin İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, bu kitab 712 səhifədir, 1000 nüsxədə çap olunub. Kitabda Xorvatiya İslami icmalarının arxiv şəkilləri, Xorvatiya mədəni miras müəssisəsi və şəxsi şəkillər çap olunub.
Kitabın müqəddiməsində Xorvatiya adı ilk dəfə olaraq “Cruvasiya” adı ilə qeyd olunb. Bu ad, məşhur səyyah və xəritə çəkən Əl-Şərif Əl – İdrisinin əsəri olan Nezhətul-müştəq kitabından götürülüb. Nezhətul-müştəq kitbaı ilk dəfə 1404-cü ildə İstanbulda tapılıb və hazırda Londonda Oksfordda saxlanılır.
Xorvatiya parlamenti 1916-cı ilin aprel ayının 27-də İslam dinini rəsmiyyətə tanıyıb. Hazırda bu ölkədə 60 mindən çox müsəlman yaşayır. 668840
captcha