IQNA

9:45 - October 07, 2010
Xəbər sayı: 2008106
Beynəlxalq şöbə: “Hindistanda islami iqtisad; məhsullar , müəssisələr və qanunlar” adlı beynəlxalq konfrans ötən gün bu ölkənin Kralay əyalətinin Kuçi şəhərində öz işini başa vurdu.
İQNA Quran Agentliyinin “Express Buzz” xəbər agentliyinə istinadən məlumat verir ki, konfrans Hindistan İslam Universiteti və Cəddə İslami araşdırmalar müəssisəsinin dəstəyi ilə Kuçi şəhərinin Məridian hotelində keçirilib. Konfrans islami bankçılıqla tanışlıq məqsədi ilə keçirilib. Hindistanda islami iqtisad xidmətləri, bu konfransın əsas mövzusu olub. Konfransda Bank işçiləri, sığorta şirkətləri, təşkilat rəhbərləri, ticarət qurumları, ticarət palataları , universitet tələbələri və maliyyə müəssisələri iştirak ediblər.
Konfransda İslami iqtisad sahəsində inkişaflar və əsaslar, islami makro və mikro iqtisadiyyat, islami müşarikət payları, sığorta və ticarət kimi mövzular və onların Hindistanda tətbiqi məsələsi araşdırlıb.
669110
Ad:
E-poçt:
* Comment:
* captcha: