IQNA

17:04 - October 08, 2010
Xəbər sayı: 2008558
Beynəlxalq şöbə: Ukraynada “Quran”ı avazla oxuyanların müsabiqəsi keçiriləcək
İQNA Quran Xəbər Agentliyinin: Oktyabrın 24-25-də Ukraynada müqəddəs “Quran-Kərim”i avazla oxuyanların Beynəlxalq müsabiqəsi keçiriləcək. «İslam v Ukraine» saytının məlumatına görə, müsabiqədə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Moldova, Belarus, Rusiya və Ukraynadan təmsilçilər iştirak edəcək.
Müsabiqə iştirakçıları bir neçə mərhələdə sınaqdan keçəcəklər: “Quran”ın 30 cüzünün hamısını əzbərdən demək, yarısını demək, dörddə birini demək və son 3 cüzünü demək.
Tədbir Simferapolda fəaliyyət göstərən İslam Mədəni Mərkəzində baş tutacaq. Müsabiqə Küveytin Ümumdünya İslam Xeyriyyə Təşkilatının və Səudiyyə Ərəbistanının Müqəddəs “Quran”ı Öyrənmək Ümumdünya Təşkilatının dəstəyi ilə keçiriləcək.
Ad:
E-poçt:
* Comment:
* captcha: