IQNA

Amerikada kilsədən 250 illik Quran tapılıb

13:22 - October 16, 2010
Xəbər sayı: 2013533
Beynəlxalq şöbə: Amerikanın "Masaçust" əyalətinin Medford şəhərinin "Yonyorsalist" kilsəsində 250 illik Qurani Kərim tapılıb.
İQNA Quran agentliyi The Boston Channel saytına istinadən məlumat verir ki, Amerikalı keşiş və araşdırmaçı Hetik Pires "Devid Osgord" kilsəsinin kitabxanasında tarixi kitablara baxış keçirərkən 250 illik Qurani - Kərimin İngilis dilində tərcüməsini tapıb.
Pires bildirib ki, bu Quran 1759-cu ildə İngilis dilinə tərcümə olunub. "Amerikada inqilabdan sonra, hələ ABŞ-da heç bir müsəlman olmayan bir dövrdə çap olunub və keşiş Osgord özünün mütaliəsi üçün bu Qurani əldə edib. 675807

captcha