IQNA

İKT və İSESCO əməkdaşlıq sazişi imzalayıb

13:27 - October 21, 2010
Xəbər sayı: 2017041
Beynəlxalq şöbə: İslami mədəniyyət, elm və təhsil təşkilatı İSESCO və İslam Konfransı Təşkilatının elmi və mədəni əməkdaşlıqları daimi komitəsi oktyabrın 19-da Maleziyada əməkdaşlıq müqaviləsi imzalayıb.
İQNA Quran Xəbər Agentliyi ISESCO –ya istinadən məlumat verir ki, bu əməkdaşlıq sazişi ötən gün Maleziyanın paytaxtı Kualalampurda keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin təhsil nazirlərinin beşinci iclası çərçivəsində imzalanıb.
İmzalanmış əməkdaşlıq sazişinə əsasən, hər iki təşkilat 2010-2011 ci illər ərzində İslami ölkələrdə əkinçilik, rabitə, su təchizatı, yeni texnologiyalar, kosmos texnologiyaları və səhiyyə sahəsində elmi və mədəni müştərək fəaliyyətlər göstərəcəklər.
Əməkdaşlıq müqaviləsini ISESCO-nun xarici əlaqələr üzrə direktoru Məhəmməd Əl-Ğumari və İKT elmi və mədəni əməkdaşlıqlar komitəsinin əlaqələndirici idarənin rəis müavini Məhəmməd Əli Mahsar imzalayıblar.
679242
captcha