IQNA

Parisdə Ərəfə günün duası qiraət olunacaq

23:37 - November 06, 2010
Xəbər sayı: 2026576
Beynəlxalq şöbə: Zi-Həccə ayının 9-da (noyabrın 16-da) Ərəfə günü münasibəti ilə Məkkədə Ərəfat çölündə zəvvarlarla həmrəyliy nümayiş etdirmək məqsədi ilə Ərəfə duası Fransanın paytaxtı Parisdə “Beytul-Zəhra” hüseyniyyəsində qiraət olunacaq.

İQNA Quran agentliyi “beytolzahra” saytına istinadən məlumat verir ki, Ərəfə duası mərasimində Parisdə yaşayan İranlı tələbələr, diplomatic korpusun nümayəndələri və Fransalı müsəlmanlar iştirak edəcək. Dua mərasimi yerli vaxtla saat 16 –da təşkil olunacaq.
Parisdə Ərəfə günü münasibəti ilə, Ərəfə duasının qiraəti, camaat namazının qılınması, Qurani Kərimin tilavəti və müsəlman alimlərdən bir neçəsinin çıxışı icra olunacaq proqramlardandır.
“Beytul-Zəhra islami birlik hər həftənin cümə axşamları yerli vaxtla saat 19-da Kumeyl duasının oxunması mərasimləri təşkil edir və maraqlananları bu mərasimə qatılmağa dəvət edir.689589
captcha