IQNA

Böyük Britaniyada “Halal” ət ticarəti mövzusuna dair beynəlxalq konfrans keçiriləcək

23:44 - November 09, 2010
Xəbər sayı: 2029012
Beynəlxalq şöbə: Böyük Britaniyada halal ət ticarətinin gələcək prespektivlərini araşdırmaq məqsədi ilə “Halal” adlı beynəlxalq konfrans noyabrın 10-11-də öz işinə başlayacaq.
İQNA Quran agentliyi “Əl-Alukə” xəbər saytına istinadən məlumat verir ki, Britaniya İslami Şurası bəyanat yayaraq bildirib ki, konfransda Böyük Britaniya və Avropada halal ət ticarətinin gələcək prespektivləri və bu növ ət istehsalçıların üzləşdiyi problemlər müzakirə olunacaq.
Konfransda Halah beynəlxalq birliyin nümayəndələri və dünyanın müxtəlif ölkələrindən universitet müəllimləri iştirak edəcək. Konfransda halah ət ticarətinin inkişafı, Qərb ölkələrində halal ət məhsulları məsrəf edənlərin problemləri, restoranlarda halal məhsulların verilməsi və Britaniya və Norveçdə etibarlı “halal” təşkilatının təşkil olunması kimi məsələlər müzakirə olunacaq.
Konfrans Halal beynəlxalq birlk (IHI) və Maleziya islami ticarət və sənaye palatasının təşəbbüsü ilə keçirilir. 692096
captcha