İQNA Quran agentliyi “Əl-Alukə” xəbər saytına istinadən məlumat verir ki, Britaniya İslami Şurası bəyanat yayaraq bildirib ki, konfransda Böyük Britaniya və Avropada halal ət ticarətinin gələcək prespektivləri və bu növ ət istehsalçıların üzləşdiyi problemlər müzakirə olunacaq.
Konfransda Halah beynəlxalq birliyin nümayəndələri və dünyanın müxtəlif ölkələrindən universitet müəllimləri iştirak edəcək. Konfransda halah ət ticarətinin inkişafı, Qərb ölkələrində halal ət məhsulları məsrəf edənlərin problemləri, restoranlarda halal məhsulların verilməsi və Britaniya və Norveçdə etibarlı “halal” təşkilatının təşkil olunması kimi məsələlər müzakirə olunacaq.
Konfrans Halal beynəlxalq birlk (IHI) və Maleziya islami ticarət və sənaye palatasının təşəbbüsü ilə keçirilir. 692096