İQNA Quran agentliyi "Shabestan" agentliyinə istinadən məlumat verir ki, hər il Təməttö həcci ərəfəsində hacılar Ərəfə çölündə olarkən Kəbə evinin pərdəsi dəyişdirilərək, Allahın evi yeni paltar geyinir.
Hal-hazırda yeni pərdə üzərində tamamlama işləri gedir. Pərdənin uzunluğu 6, 5 metr, eni isə 3,5 metrdir. Üzərində qızıl butalarla qızılı və gümüşü xətlə Quran ayələri yazılır.
Pərdə üzərində yazılan Quran ayələri arasında “Ya Həyyu ya Qəyyum, ya Rəhman, Ya Rəhim, Əlhəmdulillahir- rəbbil- aləmin” yazılıb. Kəbə pərdəsi 5 hissədən ibarətdir və hər bir hissə Kəbənin bir tərəfini örtür. Beşinci hissə isə Kəbənin qapısını örtür. Pərdə yerləşdirildikdən sonra ağırlığı 2 ton olur.
Qeyd edək ki, ümumi sahəsi 658 kvadrat metr olan örtük, 14 metr uzunluğa malikdir. Bundan əlavə yeni örtük 101 santimetr genişliyində 47 parçadan ibarət olub.