IQNA

Belçikada müsəlmanların sayı artıb

16:10 - November 18, 2010
Xəbər sayı: 2033660
Beynəlxalq şöbə: Belçika əhalisi haqda dəqiq araşdırmalardan sonra əldə olunmuş son statistikalar göstərir ki, bu ölkə əhalisinin 5,8 faizini müsəlman təşkil edir.
İQNA Quran agentliyi İtaliyanın AKİ informasiya agentliyinə istinadən məlumat verir ki, bu haqda məlumatı müsəlmanların sayı barədə hesablama aparan tədqiqatçı alim En Hirlocen verib. O deyib ki, bütün şəhər və kəndlərdə müsəlmanlar haqda dəqiq hesablama aparılıb və bu xarici müsəlmanlar və son zamanlar Belçika vətəndaşlığı alan şəxslərə də şamil olur.
Avropa Birliyinə üzv ölkələrdə müsəlmanlar cəmiyyətinin sayı ümumilikdə 20 milyon nəfərə yaxındır.
Qeyd edək ki Avropa məkanında Fransa , İngiltərə və Belçika kimi ölkələrdə müsəlmanların sayı xeyli çoxdur.



captcha