IQNA

Həccə getmiş azərbaycanlı zəvvarlar sabahdan vətənə dönməyə başlayacaqlar

17:20 - November 18, 2010
Xəbər sayı: 2033662
Beynəlxalq şöbə: Avtobusla Həccə getmiş azərbaycanlı zəvvarlar sabahdan vətənə dönməyə başlayacaqlar.
İQNA Quran agentliyinin APA xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, Zəvvar Hacı Namiq Qurbanovun Məkkədən verdiyi məlumata görə, Bu gün Məkkədə hava şəraiti qəfil dəyişib. Hazırda güclü ildırım çaxır və yağış yağır. Sel təhlükəsi gözlənilmir. Zəvvarlar bu gün Mina vadisindən Məkkəyə qayıdır. Zəvvarların sağlıq durumu normaldır. Sabahdan etibarən avtobuslarla gələn azərbaycanlı zəvvarlar vətənə qayıtmağa başlayacaqlar.

captcha