İQNA Quran agentliyi “Darul-Həyat” qəzetinə isitnadən məlumat verir ki, iki günlük konfrans Bəhreyn baş naziri Xəlifə bin Səlman Ali Xəlifə və Bəhreyn Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub .
Konfrans “İslami Bankçılıq və dünyadak yeni iqtisadiyyatın gələcək prespektivi” adı altında keçirilir. Konfransda islami sərmayə yatırmaq və dünyadakı iqtisadi böhranın təsirləri kimi mövzuları müzakirə olunacaq.
İslami iqtisad sahəsində çalışan qurumlar arasında təcrübə mübadiləsi, islami sərmayə yatırımı sahəsinin inkişaf etdirilməsi, dünya maliyyə sistemində yeni həqiqətlərin araşdırılması və onun islami bankçılıq sahəsində təsiri kimi mövzular da müzakirə olunacaq. 699542