IQNA

İranda milli Qədir konqresi keçiriləcək

13:58 - November 25, 2010
Xəbər sayı: 2037376
Mədəniyyət və incəsənət şöbəsi: Qədir Xum bayramı münasibəti ilə İranın paytaxtı Tehranda sabah "milli Qədir konqresi" keçiriləcək
İQNA Quran agentliyi İmam Rza (ə) xadimləri mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir ki, konqresin katibi Əhməd Vaizi jurnalistlərə açıqlamasında deyib ki, konqres öz işinə şiə mərcəi-təqlidlərindən birinin Qədir Xum hadisəsi ilə bağlı mesajının oxunması ilə başlaycaq. Konqresdə Ayətullah Haşimi Şahrudi, Ticani və Hüseyn Ənsariyan kimi şəxsiyyətlər çıxış edəcək.
O əlavə edib ki, konqresin təşkil olunmasından məqsəd vilayət nuru və mədəniyyətini yaymaqdır. "Konqres cümə günü səhər saat 9:30-da Tehranın "Milad" qülləəsinin konfrans zalında keçiriləcək", -deyə Vaizi deyib.
Vaizi əlavə edib ki, konqresdə İranın müxtəlif şəhərlərindən gənclər və dünyanın 10 ölkəsindən ziyalılar iştirak edəcək. Konqresdə iştirak etmək istəyənlər www.khademalreza.ir saytında qeydiyyatdan keçə bilərlər, -deyə Vaizi deyib.
Vaizi Qədir Xum bayramının lazimi qədər bayram tutulmamasından gileylənib və deyib ki, kaş Novruz bayramına verdiyimiz dəyər qədər Qədir Xum bayram şənliklərini də dəyər verərdik. Qədir Xum bayramı bütün bayramların şahı və həqiqətən bayramdır, - O deyib.
Vaizi əlavə edib ki, ümid edirəm bu kimi konqreslərin keçirilməsi ilə Qədir Xum mədəniyyətinin inkişafına köməklik etmiş olarıq. 701393

captcha