IQNA

Brukseldə “İslam Tarixi” mövzusunda dəyirmimasa keçiriləcək

23:05 - November 29, 2010
Xəbər sayı: 2039829
Beynəlxalq şöbə: Gələn həftədən Brukseldə “Əl-Tövbə” məscidi tərəfindən “İslam tarixinin araşdırılması” mövzusunda davamlı şəkildə dəyirmi masalar keçiriləcək.
İQNA Quran agentliyi islamic-events saytına istinadən məlumat verir ki, dəyirmimasa hər həftənin çərşənbə və cümə günləri keçiriləcək. Dəyirmimasada İslami elmlər müəllimi Şeyx Səbahi iştirak edəcək.
Dəyirmimasada iştirak edənlər, İslamın peyğəmbərliyin başlanması və sonu, müsəlmanların müşriklərlə müharibəsi, Peyğəmbər (s) risalətinin başlama forması, merac, müsəlmanların qibləsinin dəyişilməsi, Həzrət Məhəmməd (s) bərəkətli yaşayışı və o həzrətin 23 il peyğəmbərlik dövründə digər din mənsubları ilə rəftarı kimi məsələlər müzakirə olunacaq.
Əl-Tövbə məscidi həmçinin hər həftə məğrib və işa namazından sonra islami elmlər və ərəb dili kursları təşkil edəcək. 703642
captcha