İQNA Quran agentliyinin Daily Times-a istinadən verdiyi məlumata əsasən, Konfransda dünyanın 17 ölkəsindən ziyalılar, halal brendləri üzrə mütəxəssislər iştirak edib. Onlar Halal markaları üzrə mövcud problemlərin həlli yollarını müzakirə ediblər.
Konfransın təşkilindən məqsəd halal markalarının əhəmiyyətini vurğulamaq və dünya və müsəlman olmayan ölkələrdə halal məhsulların artmasına şəraitin yaradılması üçün həll yollarını müzakirə etməkdir.
Konfransın Pakistanda keçirilməsindən məqsəd Pakistan Ticarət İnkişafı nazirliyi (TDAP) və Halal inkişafı Şurası (HDC) dəstəyi ilə bu ölkədə halal sənayesinin inkişaf etdirilməsi və bu yöndə sərmayələrin yatrılılmasını dəstəkləməkdir. 706222