IQNA

Parisdə Fələstin mövzusunda müxtəlfi konfranslar keçiriləcək

0:35 - December 07, 2010
Xəbər sayı: 2043476
Beynəlxalq şöbə: dekabın 10-dan 2011-ci ilin iyun ayının 10-dək Fransanın paytaxtı Parisdə “Fələstinin hazırkı vəziyyəti: problemlərə siyasi və mədəni cavablar” mövzusunda müxtəlif konfranslar təşkil olunacaq.
İQNA Quran agentliyi “ehess” saytına istinadən məlumat verir ki, konfranlar Fransanın sosial elmlər araşdırmalar mərkəzinin təşəbbüsü (EHESS) ilə təşkil olunacaq. Konfranslarda sionist rejiminin mədəniyyət inteqrasıyası adı ilə hücumlarının qarşısında Fələstinin mədəniyyət sahəsində siyasəti araşdırılacaq.
Konfranslar Fransanın sosial elmlər araşdırmalar mərkəzinin müsəlman və qeyri müsəlman müəllimlərinin iştirakı ilə qeyd olunan müddət ərzində 10 dəfə təşkil olunacaq. Konfransda “Səbra və Şətila” şəhidlərinin xatirəsi, Fələstində milli mədəni köklərin araşdırılması, Fələstinlilərin mədəni irsləri və Fələstinli jurnalistlərin mədəniyyət sahəsində fəaliyyətləri mövzusunda məqalələr müzakirə olunacaq.707404
captcha