İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, seminar 2011-ci ilin yanvar ayının 22-24-də təşkil olunacaq. Seminar çərçivəsində Fəriba Əlasivəndin təlif etdiyi “Hüquqda qadın və öhdəliklər” adlı kitabın İtalya dilində tərcüməsinin təqdimatı keçiriləcək.
Xanım ƏLasivənd seminarda İslam baxışından qadınların öhdəlikləri, hüquq və İslamda qadının yeri mövzusunda çıxış edəcək və sonda qadınların suallarını cavablandıracaq. Qeyd edək ki, seminar İtalyanın Bulunya və Teriste şəhərlərində təşkil olunacaq. Seminarda İranlə və əcnəbi ziyalı şəxsiyyətlər iştirak edəcək. 707434