IQNA

BƏƏ-də “Quran məktəbləri” adlı konfrans keçiriləcək

0:40 - December 12, 2010
Xəbər sayı: 2046156
Beynəlxalq şöbə: Bİrləşmiş Ərəb Əmirliklərində 2011-ci ilin fevral ayında “İsna Əşəri Şiələrin Beynəlxalq Federasiyası (WF)”-nın təşəbbüsü ilə “Quran məktəbləri” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyi “shia974” saytına istinadən məlumat verir ki, bu konfrans Quran məktəbləri haqqında müştərək fikir mübadiləsi yürütmək, yeni fikirlərin icrası üçün mövcud həll yolları, təhsil ekspertləri arasında təcrübə mübadiləsi və bu sahədə televiziya kanalının yaradılması kimi məsələlərin müzakirəsi məqsədi ilə təşkil olunacaq.
WF-nin baş katibi Əli Rza Nəqəvi bəyanat yayaraq valideynləri, Quran məktəblərinin müəllimləri, tələbələri, müəllimlər, müsəlman təbliğçilərdən www.surveymonkey.com saytına girməyi və konfransa dair formanı doldurmağı istəyib. Konfransda iştirak etmək istəyənlər dekabrın 21-dək formanı doldurmalıdırlar.
Nəqəvi deyib ki, göstərilən internet saytında formu dolduraraq sualları cavablandıran şəxslərin verdiyi cavablar ekspertlər tərəfindən araşdırılacaq və mütəxəssislər islami məktəblərdə vəziyyətin yaxşılaşdırılması yollarını bu cavablar əsasında müəyyənləşdirəcəklər.
WF katibliyi Pakistanda yerləşir. 710650
captcha