IQNA

Bakıda İranın mədəniyyət həftəsi keçiriləcək

0:30 - December 15, 2010
Xəbər sayı: 2048164
Mədəniyyət və incəsənət şöbəsi: İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami və bu ölkənin Bakıdakı mədəniyyət mərkəzinin rəhbəri İbrahim Nuri Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. Görüşdə İranın mədəniyyət həftəsinin Bakıda keçirilməsi məsələsi müzakirə olunub.
İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, görüşdə Ədalət Vəliyev İranın Bakıdakı səfirinə Azərbaycanın Tehranda mədəniyyət həftəsinin keçirilməsində göstərdiyi köməyə görə təşəkkür edib.
Vəliyev 2011-ci ilin fevral və ya iyun aylarında Azərbaycanda İranın mədəniyyət günlərinin keçirilməsini təklif edib.
İran səfiri təklif olmuş vaxtların hansında mədəniyyət həftəsinin keçirilməsi məsələsini daha sonra Azərbaycan tərəfinə deyəcəklərini bildirib.
Sonda Vəliyev İrana səfərindən danışıb və deyib ki, İrana səfərim zama İmam Xumeynin ev muzeyini, İmam Rza (ə) hərəmini ziyarət etmişəm və Sədabad sarayına baxış keçirmişəm və oraları görmək mənim üçün maraqlı idi. 712792
captcha