İQNA Quran agentliyinin faktxeber internet qəzet saytına istinadən məlumat verir ki, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun hadisə yerindən verdiyi məlumata görə, polis onların qarşısını kəssə də onlar Heydər Əliyev prospekti ilə Masallı rayon Təhsil Şöbəsinə tərəf irəliləyiblər. Burada polis onlara daha ciddi müqavimət göstərib. Zahir Əmənova da fiziki təzyiq göstərilib, fotoaparatını alıblar.
Polis dəstəni yoldan çıxardandan sonra onlar səki ilə irəliləyiblər. Polislər piketçilərin üstünə maşın sürüb. 2-3 nəfər yüngül yaralanıb, 4-5 nəfər isə döyülüb.
Hazırda onlar məscidə doğru irəliləyirlər.
Ötən həftə Bakıda orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10-dan çox adam saxlanıb.