IQNA

Böyük Britaniya müsəlmanlarının vəziyyəti Beyrutda müzakirə olunub

21:22 - December 18, 2010
Xəbər sayı: 2049241
Beynəlxalq şöbə: Ötən gün Beyrutun Ərəb Universitetində (BAU) Böyük Britaniyada yaşayan müsəlmanların vəziyyəti müzakirəyə çıxarılıb.

İQNA Quran agentliyinin “iloubnan” saytına istinadən məlumat verir ki, Beyrut Universitetində keçirilən konfransda Britaniyanın Livandakı səfiri Frances Guy və universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Konfransın əvvəlində “Britaniyada İslam haqqında hər şey” adlı sənədli filim göstərilib. Filimdə Britaniyada yaşayan müsəlmanların gündəlik yaşayışları və onlarla müsahibələr yer alıb. Filimdə müsəlmanların Britaniyanın inkişafında rolu və bu ölkənin islama qarşı bəzi anlaşılmazlıqları aradan qaldırmaq üçün göstərdiyi çabalar haqda da danışılıb. \
Britaniyanın Beyrutdakı səfiri konfransda çıxış edib və daha sonra o konfrans iştirakçılardan “ukinlebanon.fco.gov.uk” internet saytın girərək öz fikirlərini Britaniya haqda bölüşmələrini istəyib. 713821
captcha