İQNA Quran agentliyinin arabic.rt saytına istinadən məlumat verir ki, Suriya Asiyadan Qəzzaya azadlıq karvanını qarşılamaq üçün xüsusi komitə yaradılıb. Komitə ötən gün Bərmuk yaşayış məskənində təşkil olunub.
Asiyadan Qəzzəya yardım karvanı Suriyadan Misirə və oradan da Qəzzəya keçəcək.
Hindistan, Pakistan, İndoneziya, Maleziya, Əfqanıstan, Filipin , Bəhreyn və İrandan olan məsihi və müsəlman nümayəndələr bu karvanda Qəzzaya yardım aparır.
İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə çıxan “Asiyadan Qəzzaya” adlı yardım karvanı ötən gün Türkiyədə də böyük coşquyla qarşılanıb. İran sərhəddindən Türkiyəyə keçən yardım karvanını iki yüzədək Fələstin bayrağıyla bəzədilmiş maşın müşayət edib. 714641