IQNA

Londonda dini kitab mağazasının açılışı olub

19:35 - December 21, 2010
Xəbər sayı: 2051257
Elm və təfəkkür şöbəsi: London "İslami insan haqları müəssisəsinin" kitab mağazasının açılış mərasimi keçirilib. Açılış mərasimində müsəlman və qeyri müsəlman ziyalılar, islami mərkəzlərin rəhbərləri və Böyük Britaniyanın mədəniyyətçiləri iştirak ediblər.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, açılış mərasiminə İranın Londondakı Mədəniyyət Mərkəzinin rəhbəri Helmi və onun müavini də qatılıb.
Mağazanın açılış mərasimində ilk öncə Quran tilavət olunub. Daha sonra İnsan haqları müəssisəsinin sədri Məsud Şəcərə çıxış edib. O deyib ki, müəssisənin əsas hədəflərindən biri elmi və mədəni mərkəzlər arasında əməkdaşlıqların artırılmasıdır. O , kitab mağazasının açılmasını islami və insani dəyərlərin tanıdılmasında əhəmiyyətli addımlardan hesab etdiyini deyib.
Açılış mərasimində iştirak edən keşiş Frank Geli kitab mağazasının açılmasını mənəvi dəyərlərin inkişaf etdirilməsinə kömək edəcəyini bildirib.
İranın Londondakı Mədəniyyət Mərkəzi dini, ədəbi, tarixi və digər mövzularda olan bir sıra kitabı bu kitab dükanına hədiyyə edib. 715861
captcha