İQNA Quran agnetliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, artıq üçüncü ildir ki, Məhərrəm ayı ilə əlaqədar olaraq paytaxtda bayram konsertlər təşkil olunmur. Yalnız Şəhər İcra hakimiyyətinə aid olan ayrı-ayrı rayonlar özləri bayram konsertləri keçirəcək.
Bununla bərabər şəhər sakinləri Yeni İli atəşfəşanlıqla qarşılayacaqlar. 31 dekabr saat 00:00-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli parkda, Saat Qülləsinin yanında atəşfəşanlıq olacaq.
İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bunu şərh edərək, bildirmişdir: "Məhərrəm ayının ehtiramınlın saxlanması - çox müsbət haldır. Bunun rəsmi səviyyədə edilməsi - Əhli-beyt (ə) məkanı olan Azərbaycan üçün xüsusi önəm daşıyır. Bununla bağlı o ümidlərimizi də ifadə" edirik ki, inanca təzahür edilən bu ehtiram, digər problemlərin də həllində, ilk növbədə məktəblərdə hicab qadağasının çözməsində öz davamını tapacaqdır. Dindarları üzən bu düyünün açılması ilə bağlı böyük gözləntilərimiz var".