IQNA

Azərbaycan İslam Partiyasının sədri həbs olunub

11:18 - January 08, 2011
Xəbər sayı: 2060557
Beynəlxalq şöbə: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub.
İQNA Quran agentliyi FaktXeber.com- saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, Partiyanın sədr müavini təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Qeyd edək ki, partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılıb.
Mövzu ilə əlaqədar Azərbaycan İslam Partiyasının mətbuat katibi Akif Heydərli ilə əlaqə saxladıq və o da məlumatı təsdiqlədi. “Dünən axşam partiya qərargahından çıxarkən Mövsüm Səmədov və onunla birgə olan 3 nəfər həbs olunub. Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib. Partiya sədri Mövsüm Səmədovu isə hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılır”.
Məlumat üçün bildirək ki, 2 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın baş məclisində ölkə başçısı İlham Əliyevi sərt tənqid edərək, Azərbaycanda İslam dini əleyhinə aparılan təzyiqlərin dayandırılmasını tələb etmişdi.

captcha