IQNA

23:56 - January 18, 2011
Xəbər sayı: 2067111

Britaniyalı şiələr ərbəində əzadarlıq məclisləri təşkil edəcək

Beynəlxalq şöbə: Böyük Britaniyada Əhli Beyt (ə) aşiqləri İmam Hüseyn (ə) şəhadətinin qırxı (Ərbəin) münasibəti ilə yanvarın 23-də əzadarlıq məclisi təşkil edəcək.

İQNA Quran agentliyi “Əl-Kövsər” saytına istinadən məlumat verir ki, Britaniyalı şiələr İraqda milyonlarla piyada Kərbəlaya gedənİmam Hüseyn (ə) zəvvarları ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə London xiyabanlarında əzadarlıq dəstələri təşkil edəcək.
Əzadarlıq dəstələrində müxtəlif ölkələrdən olan Əhli-Beyt (ə) aşiqləri iştirak edəcək və dəstələr London mərkəzinə tərəf yürüş edəcəklər. Sonra London mərkəzində toplaşaraq əzadarlıqlarını davam etdirəcəklər.
Əzadarlıq dəstələri London İmam Hüseyn (ə) Şurasının ofisindən “Hayd Park”-a qədər yürüş edəcək. 732994
captcha