İQNA Quran agentliyinin “Muslimness” saytına istinadən məlumatına əsasən, Rusiya İslam Şurasının sədri Ravil Qaynutdin bildirib ki, hazırda texnoloji işlər aparılır və bundan dərhal sonra telekanal istifadəyə veriləcək. “Cəmi bir neçə aydan sonra ilk İslam telekanalının hansı uğurlar verəcəyinin şahidi olacağıq. Ümid edirik ki, telekanalın işi məhsuldar və keyfiyyətli olacaq”, - deyə Qaynutdin bildirib.
Onun sözlərinə görə, telekanalda nümayiş olunan proqramlar ilk növbədə gənc nəslə istiqamətlənib. “Biz hesab edirik ki, gəncləri mənəvi dəyərlər əsasında və tolerantlıq ab-havasında tərbiyə etmək lazımdır. Eyni zamanda hesab edirik ki, telekanal cəmiyyətdə islamofobiyanın azalması üçün xeyli imkanlar açacaq”, - deyə Qaynutdin vurğulayıb.
O deyib ki, Rusiya müsəlmanları ümid edirlər bu kanalın yayıma başlaması ilə onlara qarşı irqçi və ayrıseçkilik davranlışlar azalacaq və Rusiyada İslam və müsəlmanların həqiqi siması tanınacaq. 733508