Camiətul-Mustafa (s) Beynəlxalq Universitetinin Quran və Hədis üzrə idarəsinin rəhbəri höccətul-islam Həmidrza Kərimi İQNA Quran agentliyi ilə müsahibəsində bildirib ki, beynəlxalq konqres bir neçə ölkədə Quran və Hədis üzrə keçirilən konfransın nəticəsinə həsr olunacaq.
“Bu beş konfransdan biri fevralın 1-də İran İslam İnqilabının yaradıcısı İmam Xumeyni (rə) İrana qayıtması günün il dönümü münasibəti ilə Albaniyada öz işinə başladı”,-deyə Kərimi deyib.
Onun sözlərinə görə, bu beş konfrans Camiətul-Mustafa universitetinin nümayəndəliyi olduğu ölkələrdə dua və ibadətin inkişaf etdirilməsi məqsədi ilə keçirilir. “Beş konfrans Albaniya (Avropa), İndoneziya (Asiya), Tanzaniya(Afriqa), Əfqanıstan (İrana qonşu ölkə) və Suriyada (Ərəb ölkələri) keçiriləcək. Bu beş konfransda mükafat qazanmış məqalələr kitab formasında çap olunacaq”, -deyə Kərimi deyib.
O əlavə edib ki, Albaniyada keçirilən ilk konfransda Camiətul-Mustafa (s) Beynəlxalq universitetin rektoru Əlirza Ərafi də iştirak edir. Konfransda “dua və ibadətin təsiri və onun Quran ayələri ilə əlaqəsi” mövzusu müzakirə olunacaq. Konfransda Britaniya və Almaniyadan ziyalılar iştirak edir. Bundan başqa Albaniyanın daxilində Quran üzrə yazıçı və fəallar da konfransda iştirak edəcək.
Kərimi deyib ki, daha dörd konfrans keçirildikdən sonra 2011-ci ilin payızında 5 konfransın nəticələrini müzakirə etmək üçün Qum şəhərində Beynəlxalq Quran və İbadət adlı konqres keçiriləcək. 740439