IQNA

Hindistanda ölkənin ən böyük məscidi tikilir

14:17 - February 12, 2011
Xəbər sayı: 2079500
Mədəniyyət və incəsənət şöbəsi: Hindistanda ölkənin ən böyük məscidi yaxın iki il ərzində tikiləcək. Məscidin tikilməsi üçün 40 milyon rupye xərclənəcək və məscid 12 hektar ərazidə Krala əyalətində tikiləcək.
İQNA Quran agentliyinin məlumatına əsasən, Hindistanın “Sinyə” mədəniyyət mərkəzinin təşəbbüsü ilə tikilən bu məsciddə 25 min nəfər eyni vaxtda ibadət edə biləcək. Məscidin layihəsinin tanınmış memarı Rəyyaz Məhəmməd hazırlayıb.
Məscidin memarı deyib ki, bu məscid ən böyük islami mədəniyyət mərkəzi olacaq. Məscidin 4 hektar ərazisində park və istirahət yeri salınacaq. Həmçinin məscidin yanında böyük bir kitabxana da tikiləcək. 745864
captcha