İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, tərcümə olunmuş kitab 274 səhifədə Qafqaz nəşriyyatı tərəfindən çap olunub.
“Gülüstan” kitabının tərcüməçisi Lobjanidze şair və ədəbiyyatçıdır və ədəbiyyat və din sahəsində bir çox kitabların müəllifidir.O Sədi Şirazinin Gülüstan kitabını Gürcü dilinə tərcümə etmək üçün üç il çalışıb. “Üç il öncə bu kitabı tərcümə etmək qərarına gəldim və bütün səyimi, diqqətimi bu kitabın tərcüməsinə yönəltdim”, -deyə Lubjanidze deyib.
O əlavə edib ki, tərcümədə çalışmışam nəsr və nəzmi olduğu kimi saxlayım. Kitabda Giriş, Sədinin həyatı, Gülüstan kitabındakı şerlərin xüsusiyyəti və haşiyələr yer alıb.
İranın Tiflisdəki Mədəniyyət müşaviri Ehsan Xəzai deyib ki, Gürcüstanda Sədi Şirazinin şerləri 1909-cu ildən tərcümə olunub, lakin indiyə kimi Gülüstan kitabının hamısı tərcümə olunmayııb. Sədinin bəzi şerləri tərcümə olunub. 1948-ci ildə İnako Çelidze Gülüstan kitabını bütövlükdə tərcümə etməsinə baxmayaraq Sovet dövründəki şəraitə görə Gülüstanı bütöv versiyada çap elətdirə bilməyib.
Qeyd edək ki, Georgi Lobjanidze bundan öncə Quranı Gürcü dilinə tərcümə edib. O həmçinin İranda beynəlxalq ilin kitab mükafatını layiq görülüb və mükafatı alıb. 747189