“İQNA”-nın “əl-Mənar”a istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının ictimaiyyətlə əlaqələr şöbəsi şənbə günü yaydığı çağırışda livanlıların Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfidinin (Hizbullahın iki sabiq baş katibi) şəhadətinin ildönümündə geniş iştiraka dəvət olunduğunu bildirib.
Çağırışda qeyd olunub: “Xalqımızı şəhidlər Nəsrullah və Səfidinin anım mərasimində iştirak etməyə dəvət edirik. Tədbir sentyabrın 27-də yerli vaxtla saat 16:30-da keçiriləcək.”
Qeyd edək ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah sentyabrın 28-də sionist rejimin Beyrutun cənubundakı Dahiyə bölgəsinə həyata keçirdiyi cinayətkar hücum zamanı şəhid olub.
4306044