Kabil şəhərindəki Rəna Universitetinin İslam Mədəniyyəti müəllimi Moləvi Əbdülhadi Hidayət, Tehranda keçirilən 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransının kənarında İQNA-ya müsahibəsində dedi: “Mən bir neçə ildir ki, bu konfransda iştirak edirəm və İslam Məzhəbləri Təqrib Təşkilatının proqramları ilə tamamilə tanışam. İslam məzhəbləri arasında təqrib məclisinin böyük nailiyyətlərindən biri budur ki, belə toplantılar vasitəsilə İslam cərəyanlarına və məzhəb ardıcıllarına mesaj verə bilmiş, onların zehnini ümmətin birliyi üçün hazırlaya bilmişlər”.
Moləvi Hidayət davam edərək dedi: “Biz istəyirik ki, İslam məzhəbləri sağlam və təbii vəziyyətlərinə qaytarılsın – bu da konstruktiv İslami dialoqun təşviqi, həmrəylik və həmnəvalıq, habelə İslam məzhəblərindəki ortaq dəyərlərin axtarışı ilə mümkündür. Son onilliklərdə “təqrib hərəkatı” adlandırılan bu prosesin kökləri İslamın ən qədim dövrlərinə dayanır; çünki o, öz əsilliyini və dinamizmini şəriətin parlaq prinsiplərindən almışdır və bu dəyərlər müsəlman ümmətinin bəşəriyyətin sivilizasiyasını qurmaq və ya heç olmasa orada fəal iştirak etmək məsuliyyətini daha da aydın göstərmişdir”.
İslam ümmətinin qlobal gücə çevrilməsi zərurəti
O, belə davam etdi: “Bir neçə məsələ bizə İslam məzhəblərinin təqribinə nail olmağa kömək edir. Əvvəla, İslamın etiqadi prinsiplərinə iman çox önəmlidir; yəni Allahın Kitabına, Rəsulullahın (s) sünnəsinə və İslamın zəruri və əsas sütunlarına hərtərəfli bağlılıq. Digər tərəfdən, İslami qardaşlıq prinsipi birliyin reallaşmasında əsas proqramlardan biridir. Peyğəmbər İslam buyurub: «المؤمن اخ المؤمن» (mömin möminin qardaşıdır) və Qurani-Kərim açıq şəkildə buyurur: «انما المؤمنين اخوة» (həqiqətən möminlər qardaşdırlar). Deməli, İslam vəhdətinin prinsipləri, İslam dininin üstünlüklərindən birini təcəssüm etdirir. Bu prinsiplər və dəyərlər təqribə çağıranların əməl etməli olduqları məsələlərdir. Çünki mövcud şəraitdə düşmənlər ən kiçik ixtilafdan belə sui-istifadə edərək müsəlmanların birliyini pozmağa və İslam məzhəblərini parçalamağa çalışırlar”.
Bu əfqan alimi sözlərinə belə davam etdi: “Allahın rizasını qazanmaq, Həzrət Peyğəmbərin (s), imamların və dini rəhbərlərin ruhunu şad etmək, din düşmənlərini məyus etmək, müsəlmanların və məzhəb ardıcıllarının İslam düşmənləri qarşısında böyük qüvvəyə çevrilməsi, konstruktiv İslami dialoqun təşviqi, həmrəylik və ortaq sahələrin axtarışı – bunlar dünya İslamında birlik və həmrəyliyin ən mühüm nəticələrindəndir. Bu yolda alimlər və düşüncə adamları da mühüm rol oynayırlar. Bu müqəddəs məqsədə çatmaq üçün ifrat və təfritdən, tekfirdən, lənət oxumaqdan, bidət ittihamından, qısacası, din daxilindəki iki rəzil sifət olan ifrat və təfritdən çəkinmək lazımdır.
Sionist rejim bütün müsəlmanların ortaq düşməni
Moləvi Hidayət daha sonra Fələstin məsələsi və Əfqanıstan xalqının Qəzza müharibəsinə münasibəti barədə dedi: “Sionist rejim bizim əqidəmizin və dinimizin, həmçinin bütün İslam ümmətinin ortaq düşmənidir. İstər Əfqanıstanda, istər İranda, istərsə də Səudiyyə, Livan və ya başqa ölkələrdə olsun, bütün müsəlmanlar Fələstin və bu müqəddəs torpaq məsələsinə görə nigarandır. Əfqan xalqının küfrə qarşı mübarizədə, Amerika-sionizm imperializminə qarşı mövqeyi, İran, Yəmən, Livan və İraq qardaş-bacılarının mövqeyi ilə eynidir. Fələstin məsələsi yeni məsələ deyil; artıq 70 ildən çoxdur ki, Fələstin işğal altındadır. Lakin 7 oktyabr hücumu və Qəzza xalqının qəhrəmancasına qiyamı bütün dünyaya sübut etdi ki, iman gücü və sabitlik qarşısında heç bir qüvvə dayana bilməz və dünya birləşsə də onları məğlub edə bilməz”.
O əlavə etdi: “Biz bu təcrübədən öyrəndik ki, bir millət öz dəyərlərini qorumaqda qərarlı olsa, heç bir güc onun qarşısını ala bilməz. Bu iradənin ən yaxşı nümunəsi Fələstin xalqıdır. Biz inanırıq ki, bəzi ərəb ölkələrinin başçıları – başda Səudiyyə Ərəbistanı, Misir və digərləri – bu böhran qarşısında fəaliyyətsizlik mövqeyi tutmuş, Qərb dövlətlərinin razılığını qazanmaq üçün nəinki Qüds və Qəzzəni müdafiə etməmiş, hətta fələstinli qardaşlara yardım yollarını bağlamışlar. Xüsusən İordaniya və Misirdən gözlənilirdi ki, yardım yollarını açsınlar. Bu, İslam ölkələrinə yönəlmiş bir giley-dir. Arzumuz odur ki, bu şüarlar əməli mərhələyə daxil olsun. O günə ümid edirik ki, İslam ümməti olaraq vahid bir qüvvə kimi dünyada meydan oxuya bilək”.
İran – Fələstinin ən böyük dəstəkçisi
O, İranın Fələstin məsələsinə dəstəyindəki rolundan danışaraq dedi:
“Fələstin və Qəzzaya dəstək olaraq ucalan yeganə səs İran İslam Respublikasından gəldi. Müqavimət oxu da İranın dəstəyi ilə müxtəlif sahələrdə fələstinli xalqın yanında dayanıb. Sionist rejimin 12 günlük hücumları qanunsuz və beynəlxalq qanunlara zidd idi. Onlar İran xalqından və rəsmilərindən dəyərli şəxsləri şəhid etdilər. Amma İranın bu hücumlardan sonra verdiyi cavab çox qəti və sevindirici oldu və sionistlərin belinə qorxu saldı. Allah-Taalaya şükür edirik ki, sionistlərin İran İslam Respublikasının daxili təhlükəsizliyini pozmaq planı uğursuzluğa düçar oldu.”
4305938