IQNA

BMT: Fələstinin tanınması ilə bağlı iclas İsrailə təzyiqləri artıracaq

9:27 - September 21, 2025
Xəbər sayı: 3498900
İQNA - BMT Baş Assambleyasının yeni sədri bildirib ki, Nyu-Yorkda Fələstinin tanınması ilə bağlı keçiriləcək iclas Qəzza zolağındakı humanitar vəziyyətlə əlaqədar olaraq (sionist) İsrailə təzyiqləri artıra bilər.

“İQNA”-nın “əl-Aləm”-ə istinadla verdiyi xəbərə görə, Annalena Baerbock Deutschlandfunk radiosuna müsahibəsində qeyd edib ki, çoxsaylı ölkələr 22 sentyabr bazar ertəsi günü BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçiriləcək Fələstinin tanınması ilə bağlı iclasda açıq şəkildə göstərəcəklər ki, sionist rejimin beynəlxalq hüquq və qanunları dəfələrlə pozan hərəkətlərini – o cümlədən humanitar yardımların mühasirədə olan Qəzza bölgəsinə daxil olmasına mane olmasını və mülki obyektlərə təkrar-təkrar hücumlarını qəbul etmirlər.

O, bu iclasın Qəzza zolağındakı böhranlı və fəlakətli vəziyyətin sonu ola bilməyəcəyini, Fələstinin tanınmasının sionist rejimin addımlarına qarşı mübarizə üçün təkbaşına kifayət etmədiyini vurğulayıb. Baerbock bildirib ki, əgər beynəlxalq ictimaiyyət geri çəkilməsə və Təl-Əvivə qarşı təzyiq və birgə tədbirləri davam etdirsə, yaxşı nəticələr əldə etmək olar.

Fransa prezidenti Emmanuel Makronun Fələstini tanımaq barədə son qərarı Avropada və beynəlxalq səviyyədə geniş reaksiyalara səbəb olub. Bəzi ölkələr bu addımı alqışlasa da, sionist rejim və onun himayədarları tərəfindən tənqid edilib. Bu qərar digər Avropa dövlətlərinə də eyni addımı atmaq üçün təzyiqləri artırıb.

Makron yaxınlarda sosial şəbəkə “X”də yazıb ki, Fransa Fələstini tanımaq barədə qərarını rəsmi şəkildə 22 sentyabr tarixində BMT Baş Assambleyasında elan edəcək.

Fransa prezidenti daha əvvəl bildirmişdi ki, Fələstin dövlətinin mövcudluğu təkcə mənəvi öhdəlik deyil, həm də indiki şəraitdə siyasi zərurətdir.

Paris rəhbərliyinin bu addımından sonra digər Avropa liderləri də beynəlxalq təzyiqləri artırmaq, Qəzza müharibəsini və oradakı kütləvi qırğınları dayandırmaq üçün addımlar atıblar. Bunun gələcəkdə hansı nəticələr verəcəyini isə zaman göstərəcək.

“National” saytı da bu barədə yaydığı hesabatda bildirib ki, Kanada, Avstraliya, Portuqaliya, Belçika, Malta, Lüksemburq, San-Marino, Andorra və Fransa bazar ertəsi günü BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək, Fransa və Səudiyyə Ərəbistanının birgə sədrlik etdiyi beynəlxalq Fələstin konfransında iştirak edəcək və Fələstini tanıyacaqlar.

4306062

captcha