IQNA

Afrikada Qurani-Kərim müsabiqəsinin final mərhələsi Mərakeşdə onlayn keçiriləcək

9:34 - September 21, 2025
Xəbər sayı: 3498901
İQNA - Afrika ölkələri arasında Qurani-Kərimin hifzi, tərtili və qiraəti üzrə müsabiqənin altıncı mərhələsinin finalı Afrika alimləri “Məhəmməd VI” Fondunun təşəbbüsü ilə Mərakeşin Fəs şəhərində onlayn və məsafədən keçiriləcək.

“24saa.com” saytının verdiyi məlumata görə, Afrika alimləri Məhəmməd VI Fondunun katibliyi bildirib ki, bu fondun Qurani-Kərimin hifzi, tərtili və tilavəti üzrə altıncı müsabiqəsinin final mərhələsi 2025-ci il sentyabrın 26-dan 28-dək onlayn və məsafədən keçiriləcək.

Bu yarışda 117 nəfər qadın və kişi iştirak edəcək, onlardan 13 nəfəri xanımlardır. Müsabiqə iştirakçıları aşağıdakı sahələr üzrə bir-biri ilə yarışacaqlar:

Qurani-Kərimin tam hifzi və tərtili – Nafidən Vərş rəvayəti ilə,

Qurani-Kərimin tam hifzi və tərtili – müxtəlif qiraət və rəvayətlər üzrə,

Ən azı beş hizbin hifzi ilə qiraət.

Münsiflər heyəti isə Mərakeş, Mavritaniya, Burkina-Faso, Fil Dişi Sahili, Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Sudan, Efiopiya, Tanzaniya və Somalidən olan tanınmış alimlər və qarilərdən ibarət olacaq və onlar Fəs şəhərində yarış iştirakçılarını qiymətləndirəcəklər.

Müsabiqənin fəaliyyəti “Zoom” proqramı vasitəsilə yayımlanacaq və maraqlananlar üçün efirə veriləcək. Fəs şəhərindən bir texniki komanda yarışın yayım prosesinə nəzarət edəcək.

Bu müsabiqənin keçirilməsi ilə bağlı Afrika alimləri “Məhəmməd VI” Fondu 2025-ci ilin may və iyun aylarında Afrika ölkələrindəki filiallarında regional mərhələlər təşkil edib və hər sahə üzrə yerli yarışlar 48 filialda keçirilib ki, bu mərhələdə finalçılar seçilsin.

Müsabiqənin keçirilməsinin məqsədi Afrika müsəlman gənclərinin və yeniyetmələrinin Qurani-Kərimlə əlaqəsini möhkəmləndirmək, onları hifz, tərtil və tilavətə təşviq etməkdir. Bu yarışın onlayn keçirilməsi Afrika alimləri “Məhəmməd VI” Fondunun Afrika ölkələrindəki filiallarının da bu Quran tədbirində iştirakını gücləndirəcək.

4305960

Teqlər: afrika ، quran ، müsabiqə ، mərakeş
captcha