IQNA

Tunis və Mərakeş xalqlarının Qəzzadakı İsrail cinayətlərinə qarşı etirazları davam edir

11:26 - September 22, 2025
Xəbər sayı: 3498904
İQNA - Onlarla tunisli və mərakeşli fəal və vətəndaş şənbə axşamı Tunis paytaxtında və Fəs şəhərində toplaşaraq sionist rejimin Qəzzaya qarşı davam edən müharibəsini və mühasirəsini pisləyiblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Tunisdə bir qrup vətəndaş cəmiyyəti fəalı “Ənsar Fələstin Cəmiyyəti”nin çağırışı ilə şəhər teatrının qarşısında aksiya keçirib.

Bu tədbir “Soyqırım davam edir… Məgər kömək edən yoxdurmu?” şüarı altında təşkil olunub. İştirakçılar, o cümlədən bir neçə uşaq, Qəzzaya qarşı müharibənin dərhal dayandırılmasını, mühasirənin qaldırılmasını və dərmanla ərzaq yardımlarının göndərilməsi üçün keçidlərin açılmasını tələb ediblər. Onlar həmçinin Fələstin və müqavimət lehinə şüarlar səsləndiriblər.

Bundan əlavə, Mərakeşin şimalındakı Fas şəhərində də oxşar aksiya keçirilib. “Fələstinə Dəstək üzrə Mərakeş Koalisiyası”nın çağırışı ilə təşkil olunan bu etirazda iştirakçılar həmrəylik şüarları səsləndirərək Qəzzə xalqına qarşı davam edən qətliamı və aclıq siyasətini pisləyiblər.

4306134

captcha