IQNA

London universitetində “Quran duaları” kurslar təşkil olunacaq

0:04 - February 16, 2011
Xəbər sayı: 2081712
Beynəlxalq şöbə:London universitetində martın 6-7-də iki günlük “Quran duaları” mövzusunda kurslar təşkil olunacaq.
İQNA Quran agentliyinin “IIDR” saytına istinadən məlumatına əsasən, bu kurslar Britaniya Quran Araşdırmalar Akademiyası (BAQS)-nın təşəbbüsü ilə iki gün müddətinə saat 9-dan 18:30-dək təşkil olunacaq.
Kursda Həzrət Məhəmməd (s), onun davamçılarının və digər peyğəmbərlərin o cümlədən Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsa (ə) kimi peyğəmbərlərin Quranda qeyd olunan duaları və bu duaların insane üçün faydasından danışılacaq.
Britaniya Quran Araşdırmalar Akademiyası (BAQS) İslami araşdırma və inkişaf müəssisəsinə bağlı bir qurumdur. BAQS Quran haqqında araşdırma aparmaq və təhsil kursları təşkil etmək məqsədi ilə təsis olunub. Britaniya Quran Araşdırmalar Akademiyası (BAQS) hər ay Britaniyanın müxtəlif şəhərlərində iki qısa müddətli kurslar təşkil edir. İndiyədək Yusif, Yasin, Məryəm, Kəhv, Hücərat, Loqman, Hədid və bir neçə başqa surəslərin təfsir dəsrlsərini təşkil edib.748093
captcha