İQNA Quran agentliyinin “OİC”-ə istinadən məlumatına əsasən, Ehsanoğlu Liviyada xalqa qarşı törədilmiş cinayətlərə toxunaraq bildirib ki, hazırda beynəlxalq humanitar təşkilatlarının Liviyaya yardım çatdırılmasına icazə verilmir.
O əlavə edib ki, beynəlxalq humanitar təşkilatlarının yardım çatdırılmasının qarşısını almaq beynəlxalq qanunlara ziddir. Ehsanoğlu İKT-nin dəstəyi ilə tez bir zamanda Liviyanın daxilində və onunla qonşu olan Tunis, Misir və Niceriya kimi ölkələrdə humanitar proqramların həyata keçirilməsinin zəruriliyini vurğulayıb. 762737