İQNA Quran agentliyinin “Nun” saytına istinadən məlumatına əsasən, festivalın təşkilatçı komitəsinin üzvi Əqil Əl-Yasiri jurnalistlərə açıqlamasında bildirib ki, festival martın 24-26-da İmam Hüseyn (ə) və Həzrət Abbas (ə)ziyarətgahlarının dəstəyi ilə təşkil olunub. Festival çərçivəsində 38 dini səhnə əsəri səhnələnib.
Festival çərçivəsində səhnələnimiş əsərlərdən 10 əsər ən yaxşı əsər laminasiyası almış və birinci yerə layiq görülmüş üç əsər isə mükafatlandırılıb.
Festival təşkilatçılarının digər bir üzvi Əli Əl-Xəbbaz deyib ki, Kərbəla dastanının teatr səhnəsində səhnələnməsi çox qədim zamanlardan mövcuddur. “İmam Hüseyn (ə) hərəkatının haqq səsini və Kərbəla dastanı haqda əhalinin maarifləndirilməsində səhnə əsərlərinin rolu böyükdür”, -deyə Əl-Xəbbaz deyib. 766455