İQNA Quran agentliyinin “ƏL-Kövsər” saytına istinadən məlumat verir ki, Bəhreyn alimlərindən olan Əbdül-Nəbi Əl-Nəşabə bildirib ki, Bəhreyn hökuməti sənədsiz və rəsmi icazəsi tikildiyini iddia edərək ölkənin müxtəlif regionlarında xüsusi ilə Həmd regionunda məscidləri yandırır və sökür.
O əlavə edib ki, hökumət həmçinin son günlər hökumətə qarşı mitinqlərdə iştirak etmiş dövlət işçiləri işdən çıxarılır və ya onların aylıq maaşları ödənilmir. Universitetlərdən mitinqlərdə iştirak etmiş və ya mitinqləri dəstəkləmiş tələbə və müəllimlər qovulurlar.
Əl-Nəşabə deyib ki, Bəhreyn hökuməti məscidləri yandırmaqlar ölkədə dini (məzhəblər arası) qarşıdurma yaratmaq istəyir.
O həmçinin əlavə edib ki, hökumət parazitlər ötürərək ƏL-Aləm kanalına baxmağın qarşısını ölkədə əngəlləyir. “Ölkədən jurnalistlərin departasiya edilməsi,və kanalların yayımın qarşısını almaqla hökumət öz cinayətlərini ört-basdır etmək istəyir”,-deyə ƏL-Nəşabə deyib.
O əlavə edib ki, hökumət məmurları hamilə qadınlara və qocalara belə rəhm etmir və onlara şikəncələr edirlər. Hökumət beynəlxalq qanunları və insan haqlarını taptalayır. 768401