İQNA Quran agentliyinin “ hcs.harvard” saytına istinadən məlumat verir ki, Harvard Universitetinin İslami Birliyinin təşəbbüsü ilə təşkil olunacaq proqram universitetdə bir ay müddətinə təşkil olunacaq. Proqram çərçivəsində İslamın tanıtdırılması və Qərb ölkələrində müsəlmanlar haqda yaranmış yanlış fikirlərin aradan aparılması məqsədi ilə müxtəlif seminarlar və dəyirmi masalar keçiriləcək.
Hicab mövzusunda filimin nümayiş etdirilməsi, “İslama səfər” adlı seminarın keçirilməsi, digər universitetlərin müsəlman tələbələrin iştirakı ilə şam ziyafətinin təşkili, İslami şerlə tanışlıq kimi digər proqramlar icra olunacaq.
Harvard Universitetinin İslami Birliyi ötən ildə aprelin 5-31-dən İslam və Müsəlmanlarla tanışlıq məqsədi ilə proqramlar həyata keçirmişdi. 769175