IQNA

İspaniyada Ömər Xəyyamın heykəli qoyulacaq

14:04 - April 07, 2011
Xəbər sayı: 2101998
Mədəniyyət və incəsənət şöbəsi: İran İslam Respublikasının İspaniyadakı Mədəniyyət müşaviri Purpezeşk Madridin Komplutense Universitetinin rektorunun mədəniyyət və idman məsələləri üzrə müavini Xuan Manuel Alvarezlə görüşüb. Görüşdə mayın 18-də Komplutense Universitetində Həkim Ömər Xəyyamın heykəlinin qoyulması məsələsi müzakirə olunub.
İQNA Quran agentliyininin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, professor Alvarez Həkim Ömər Xəyyam Neyşaburinin İranın Mədəniyyət müşvirliyi tərəfindən universitetə hədiyyə olunmasını İran və İspaniya elmi və mədəni əlaqələri tarixində dönüş nöqtəsi adlandırıb. “Bu heykəl çox gözəl əsərdir və İranın tarixi bir şəxsiyyətinin simasını göstərir”, -deyə Alvarez deyib.
Qeyd edək ki, Ömər Xəyyamın heykəli İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı tərəfindən İspaniyanın Komplutense Universitetinə (Complutense University of Madrid) hədiyyə olunub və mayın 18-də həmin universitetdə qoyulacaq.
Dahi şair, riyaziyyatçı, astronom və filosof Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olub. Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyub və görünməmiş uğur əldə edib.769824
captcha